Logo

İşdən çıxarıldığı deyilən nazir səsvermədə - FOTO

İşdən çıxarıldığı deyilən nazir səsvermədə - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşdən çıxarıldığı barədə şayiələr yayılan rabitə və yüksək texnologiyalar naziri parlament seçkilərində səs verib.

Sfera.az-ın ölkə.az-a istinadən məlumatına görə, Əli Abbasov səs verdiyi zaman çəkilmiş fotosu onun sosial şəbəkədəki səhifəsində paylaşılıb.

Xatırladaq ki, nazir daha öncə verdiyi açıqlamada işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirmişdi:

“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib. Saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.İşdən çıxarıldığı deyilən nazir səsvermədə - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR