Logo

Rusiya təyyarəsi havada parçalanıb - Rəsmi açıqlama

Rusiya təyyarəsi havada parçalanıb - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beynəlxalq Aviasiya Komitəsinin icraçı direktoru Viktor Soroçenko bəyan edib ki, Misirdə qəzaya uğrayan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 təyyarəsi havada ikən parçalanıb.

Sfera.az-ın modern.az-a istinadən məlumatına görə, o deyib ki, səbələri barədə danışmaq hələ tezdir: “Parçalanma havada baş verib və təyyarənin hissələri böyük əraziyə səpələnib”.

Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə oktyabrın 31-də havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan yoxa çıxıb. Sonradan məlum olub ki, Airbus A321 Snay yarımadasında qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə 224 nəfər olub. Onların 217 nəfəri sərnişin, 7 nəfəri ekipaj üzvüdür. Qəza nəticəsində sağ qalan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR