Fazil Məmmədovun komandası yol üstündə: Bu rayonların icra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək vergilər naziri təyin olunub.
Sfera.az a24.az-a istinadən xəbər verir ki, hazırda hər kəsi F.Məmmədovun yaxın ətrafının aqibətinin necə olacağı maraqlandırır.
Məlumdur ki, eks-nazirin bir sıra yaxın adamları hazırda müxtəlif vəzifələrdə çalışırlar.
Onlar kimlərdir?
Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovF.Məmmədovun yeznəsidir-bacısının əridir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov eks-nazirin yaxın ətrafının təmsilçilərindəndir.

Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da bilavasitə F.Məmmədovun himayəsində olduğu deyilir.

Vergilər nazirinin müavini Namiq Əliyev isə eyni zamanda Fazil Məmmədovun qudasıdır.

Sfera.az






