Yanvarda pensiyalar nə qədər artacaq?
Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir: "Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq".
Maraqlıdır, artım nə qədər olacaq? Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu rəqəmlər rəsmi inflyasiyadan asılı olacaq:
"Rəsmi inflyasiyanın rəqəmləri dekabr ayının sonu elan olunacaq. Bu rəqəmlər qədər indeksləşmə aparılacaq. Hələlik sonuncu rəqəm təqribən 13%-dən yuxarı, 14%-a yaxın idi. Dekabrın sonunda çox böyük ehtimal bu rəqəmlərə yaxın bir rəqəm açıqlanacaq. O rəqəmə görə də indeksləşmə aparılacaq. Təqaüdlərin baza hissəsində təqribən 12-13% artım gözlənilir”.
Sfera.az






