Logo

Deputat: "Sərəncamları oxuduğuna görə AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur"

Deputat: "Sərəncamları oxuduğuna görə AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır".

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili Ukrayna, Qazaxıstan nümunəsində belə telekanalların olduğunu deyib.

Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb:

"Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR