Logo

Azərbaycanda yeni doğulmuş qızı yol kənarına atdılar: Ağ mələfəyə bükülmüş meyiti...

Azərbaycanda yeni doğulmuş qızı yol kənarına atdılar: Ağ mələfəyə bükülmüş meyiti...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Ağstada rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb. 

Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik tam dəqiqləşməyib. 

Körpənin meyitini isə ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib. 

Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatı report yayıb.

mənbə: lent.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR