Logo

Erməni ictimai xadimlər Bakıdadır

Erməni ictimai xadimlər Bakıdadır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tarixçi, "Ermənistan-Azərbaycan vətəndaş platforması” İdarə Heyətinin üzvü, etnik erməni Artur Ağacanov və elə həmin təşkilatın İdarə Heyətinin başqa üzvü, ictimai xadim Rima Sarkisova Bakıya gəliblər. Onlar "Multikulturalizmin Azərbaycan modeli: etnomədəniyyət fərqi” adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Sfera.az Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən bildirir ki, konfransda məşhur Azərbaycan, erməni və beynəlxalq ekspertlər məruzələrlə çıxış edəcəklər. Elmi müzakirələrdə Azərbaycan Prezidenti Administrasiyasının əməkdaşı Etibar Nəcəfov, Bakı Multikulturalizm mərkəzinin başçısı Rəvan Həsənov, məşhur İsrail eksperti Arye Qut, həmçinin yuxarıda adları çəkilən erməni tədqiqatçıları Artur Ağacanov və Rima Sarkisova iştirak edəcəklər.

Bundan başqa, Bakıdakı konfransa məşhur beynəlxalq ekspertlər: siyasi analitik Piter Teys, London İqtisadiyyat məktəbinin tədqiqatçısı Mikaela Nikoletta və

Qərbin digər intellektual mərkəzlərinin nümayəndələri də gəliblər.

Erməni ictimai xadimlər Bakıdadır
Erməni ictimai xadimlər Bakıdadır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR