Logo

Anaları ilə birlikdə Suriyaya qaçan uşaqların görüntüləri yayıldı - VİDEO

Anaları ilə birlikdə Suriyaya qaçan uşaqların görüntüləri yayıldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyaya gedən Nəzrin və Lalənin atası İlqar Yusifov artıq səbr edə bilmədiyini deyir

Xəbər verdiyimiz kimi, bir müddət öncə azərbaycanlı ana Pərvanə Yusifova, 2 qızı ilə birlikdə İŞİD-ə qoşulmaq üçün ölkə ərazisini tərk edib. Sfera.az bizimyol.info-ya istinadən xəbər verir ki, ana və qızlarının ölkəni tərk etməsi faktı təsdiqlənib. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı Pənah Musayev bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılacaq. Suriyaya gedən Nəzrin və Lalənin atası İlqar Yusifov isə artıq səbr edə bilmədiyini deyir. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Dazili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb. İ.Yusifov Bizimyol.info-nun redaksiyasına yeni görüntülər göndərib.

Sfera.az həmin görüntüləri təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR