Logo

Boşanmanın təməli bu mağazalarda qoyulur: “Foto çəkib oğlana göndərirlər ki...”- REPORTAJ

Boşanmanın təməli bu mağazalarda qoyulur: “Foto çəkib oğlana göndərirlər ki...”- REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məhərrəmliyin başa çatması və toy mövsümünün açılması ilə qızıl bazarında da durğunluğun aradan qalxacağı gözlənilir.Qızıl bazarına toy mövsümünün böyük təsiri təkcə Azərbaycanda yox, dünyanın əsas qızıl istehsalçısı və istehlakçısı olan ölkələrində də dərhal hiss olunur.Məsələn, Hindistan dünyanın ən böyük qızıl istehlakçısı kimi dünya bazarında bu qiymətli metalın qiymətinin əsas tənzimləyicisi rolunu oynayır.Xüsusilə, bu ölkədə toy mövsümü qızılı bahalaşdırır.Çünki ənənəvi hind toyunu qızılsız təsəvvür etmək mümkün deyil.Təbii ki, söhbət aclıq və kasıblıq həddində yaşayan insanlardan yox, ölkənin varlı və orta hesab edilən təbəqəsindən gedir.
Toyda gəlinə verilən zinət əşyalarının çəkisi bəzən hətta kiloqramlarla hesablanır və qızıl sevgisi təkcə ölkə daxilində yox, həm də xaricdə qiymət artımı ilə müşayət olunur. Rəsmi məlumatlara görə, ən çox qızıl istehlakçısı olan bu ölkədə illik az qala min tona yaxın qızıl istehlak edilir. Bu qədər qızıldan hər hindliyə üzük düzəltmək olar.
Qızılla bağlı bilmədiklərimiz
Qızılla bağlı maraqlı məlumatlardan ayıdn olur ki, tarix boyunca istifadə olunan qızılların 90 faizi 1848-ci ildən sonra tapılıb.ABŞ-da tapılan ilk qızıl külçə 7.7 kq olub və 1799-cu ildə Şimali Korolinada tapılıb.Yer kürəsinin qabığını təşkil edən hər milyard daşdan biri qızıldan ibarətdir.1848-ci ildən Kaliforniya ərazisində ilk dəfə qızıl tapılanda ora hələ Meksika ərazisi idi. ABŞ-da hər il nişan üzüklərinə 17 ton qızıl sərf edilir. Kibrit qutusu boyda qızılı tennis kortu boyda sahəyə yaymaq olar. Müasir qızıl külçəsi 11 kq-dan bir az çoxdur. 1849-cu ildə insanların kütləvi qızıl axtarışına çıxması ilə Kaliforniyada qiymətlər birdən-birə bahalaşdı.Unun qiyməti 70 dollar, bir stəkan su 100 dollar idi. İnsan orqanizmində 0,2 milliqram qızıl var. Ən böyük qızıl külçə Avstraliyada tapılıb və çəkisi 27 kiloqram olub.
Boşanmanın təməli bu mağazalarda qoyulur: “Foto çəkib oğlana göndərirlər ki...”- REPORTAJ
Yastıq altından qızıl da çıxır
Azərbaycanda da qızılı sevirlər.Təkcə bəzək əşyası kimi yox, həm də yatırım olaraq.Valyuta bazarında qalxıb-enən qiymətlər bir çoxlarının yatırım olaraq qızıla üstünlük verməsinə səbəb olub.İndi yastıq altından təkcə manat və ya dollar yox, həm də qızıl çıxır.Qızılı dar günün dayağı adlandırırlar, əgər evində heç olmasa bir neçə qızıl-zinət əşyası varsa, çətin gün üçün kömək deməkdir.Ancaq son zamanların çətinləşən iqtisadi vəziyyəti qızıl sevərlərin də piştaxtalar qarşısından səssisz keçməsinə səbəb olur.
Bazar "alışıb-yanır”
Bakının qızıl bazarı "alışıb yanır”.Elə sözün bütün mənalarında.Burda istədiyiniz modeldə, qiymətdə zinət əşyası tapmaq mümkündür.Məhərrəmlikdə alverin olmadığı deyilən qızıl bazarında canlanma indi yox, 2 həftə əvvəldən hiss edilməyə başlayıb.Təbiidir ki, toya hazırlaşanlar qızıl almaq üçün məhərrəmliyin sonunu gözləmir, qiymətlərin nisbətən daha münasib olduğu zamanı seçirlər. Ancaq son günü gözləyənlər də az deyil və məhz onların hesabına qızıl bazarı iştirakçıları durğunluqdan çıxacaqlarına ümid edirlər.
Qızıl və gəlinliklərə ilginc qadağa
"Moskva” univermağında qiymətlərlə maraqlanırıq.Fotoçəkilişə qətiyyən icazə verilmir.Hətta fotonu gələcək gəlin üçün çəkmək istədiyimizi söyləməyimiz də bizi "xilas etmir”.Satıcı qadağanın səbəbini olduqca maraqlı əsaslandırır.Sən demə, gənc qızlarda gəlinlik və qızıl həvəsi o qədər artıb ki, onlar zinət əşyasını taxıb və ya gəlinlikləri geyinib foto çəkdirir və daha sonra bunu bəlkə də gözlədiyi evlilik təklifini ala bilmədiyi tərəfin "acığına” sosial şəbəkələrdə yayımlayırlar. Satıcının öz dilindən eşidək: "Qızlar tez-tez gəlir. Bir neçəsi bir yerdə gəlirlər, hətta ən bahalı dəstlərə baxırlar, taxıb yoxlamaq istəyirlər, sonra da fotosunu çəkib oğlana göndərirlər ki, guya onu nişanlayırlar, artıq qızıllar alınır.Gəlinliklərin kirayəsi və satışı ilə məşğul olan mağazalarda da vəziyyət eynidir.Orda da paltarları geyinib foto çəkdirib kimlərəsə göndərir, Facebook-da paylaşırlar.Qızıldan heç nə əskilmir, amma gəlinlikləri bir gündə bir neçə nəfər belə geyinib-soyunsa, vəziyyətini təsəvvür edin.Buna görə də biz bəri başdan deyirik ki, qızılı taxıb baxa bilərlər, amma foto-video çəkmək olmaz.Bilmək olmur kimdir, nə məqsədlə gəlib.Bəlkə elə oğrulara "işıq” yandırırlar? Harda hansı mal var deyə nişan verirlər? 
Hətta biz mal alan müştərilərimizə də deyirk ki, mağazadan çıxanda çox ehtiyatlı olsunlar. İndi vəziyyət pisdir, adamın arxasınca gəlib baxarlar, əlindən alarlar.Hər gün eşidirik ki, oğurluqlar, soyğunçuluq artıb”.
Boşanmanın təməli bu mağazalarda qoyulur: “Foto çəkib oğlana göndərirlər ki...”- REPORTAJ
"Qızları başa sala bilmirik ki...”
Təhlükəsizlik tədbirləri barədə məlumatlandırıldıqdan sonra qiymətlərlə maraqlanırıq.Ciddi dəyişklik yoxdur, ancaq məhərrəmlikdəki qiymətlərdən bir neçə manat fərq edir.Zinət əşyalarının əyarına görə qiymətlər də dəyişir.Rus və türk qızılı kimi tanıdığımız 583 və 585 əyarlı qızıllarda qiymət 56 manatdan başlayır.Ancaq yeni modellərdə qiymət daha bahadır və hətta 65 manata qədər çıxa bilər.İtaliya qızılı kimi tanıdığımız 750 əyarlı qızılda qiymət daha bahadır.Hətta məmulatdan asılı olaraq qramı 82 manata da satılır.Azərbaycan bəlkə də yeganə ölkədir ki, xüsusən, gənc xanımların sevimlisi olan "ağ qızıl” daha bahadır.Halbuki hazırlandığı xammalda heç bir fərq yoxdur. Satıcı bildirir ki, bəzi müştərilərə qızıl seçimində məsləhət verirlər: "Ağ qızıl bahadır. Amma bəzən elə alıcı gəlir ki, imkanı olmur.Ona məsləhət görürük ki, sarı qızıl alsın, bir neçə manata zərgərimiz onu ağardıb verəcək. Toya hazırlaşan bəzi gənc qızlar iki ayağını bir başmağa dirəyir ki, mütləq ağ qızıl olmalıdır. Onlara başa salmaq çətin olur ki, sarı qızılı da ağartmaq bir neçə dəqiqənin işidir, tərkibində heç nə fərqli deyil. Onlar elə güman edirlər ki, tərkib fərqlidir, başa sala bilmirk ki, ağ qızıla 100-200 manata baha verib almaqdansa, elə həmin modeldə sarı qızılı alıb 10-15 manatla zərgərdə ağartdırmaq mümkündür”.   
Məhərrəmlikdən sonra da heç nə dəyişmir
Alış-verişə gəlincə, hər kəs şikayətçidir- alan da, satan da. Alıcılar qiymətlərin bahalığından, satıcılar alıcıların azlığından... Satıcılar deyir ki, məhərrəmlikdən sonra qızıl bazarının canlanacağını düşünmək artıq özünü doğrultmur. Səbəb sadədir- toy üçün qızıl almaq istəyənlər alış-verişi məhz məhərrəmlikdə edirlər ki, qiymət nisbətən ucuz olsun: "Məhərrəmlikdə qızıl alanlar toy mövsümündə alanlardan az olmur. Toy əvvəlcədən planlaşdırılan iş olduğuna görə ehtiyatlarını görürlər. Məhərrəmlikdə qızıl bir az ucuzlaşır, amma qiymətlərdə böyük fərq yaranmır. Adi vaxtlarda 583 əyarlı qızılın qramını məmulatdan asılı olaraq 53-56 manata veririksə, məhərrəmlikdə bir neçə manat ucuz olur.Gəlin üçün dəstlərdə ümumi çəkidə bəzən 100-150 manata qədər fərq edir. Ancaq çəkisi az olan məmulatlarda o qədər də fərq etmir. Çoxları da məhərrəmlikdən sonrakı toy üçün alış-verişi əvvəldən edir.Yəni, qızıl bazarı dayanmır, amma ümumi halda alıcılar azalır”.
"Boşanmaların əsası burda qoyulur”

Bu, o demək deyil ki, toyda gəlinlərə zinət əşyası alınmır. Bu ənənəni hətta ən imkansız toy sahibi də qoruyub saxlayır, sadəcə, əvvəlki illər kimi təmtəraqlara indi daha az rast gəlinir. Satıcılar bildirir ki, ən çox satılan dəstlər 1500-2000 manat aralığında olanlardır.Əvvəllər isə gəlinlərin böyük əksəriyyəti 5 min manata qədər olan dəstlərə maraq göstərirdilər. İndi də gəlinlərin zövqü və istəyi çox dəyişməyib, sadəcə, oğlan evi daha ucuz zinət əşyası almağa maraq göstərir: "Burda son anda o qədər dava-dalaş görürük ki. Qız bahalı dəst istəyir, oğlan evi ala bilmir, bəzən elə dava olur ki, güman ki, onlar toyu da təxirə salırlar.Boşanmaların əsası burda qoyulur.Yaxşı olar ki, qız və oğlan evi qızıl almağa gəlməmişdən əvvəl öz aralarında müəyyən etsinlər ki, nə qədər pul xərcləyəcəklər.Gəlib piştaxta qarşısında dava etməyin yeri yoxdur”.Beləcə, Bakının günbəgün bahalaşan qızıl bazarı ilə sağollaşırıq.Qızıl insan üçün yatırımın bir növü, gələcək üçün sərmayədir.Amma gələcəyin bu parıldayan sərmayəsinə görə bu gününüzü qaraya bükməyin. //Cebhe.info

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR