Problemli kreditlərin həcmi artıb
Kateqoriya məlum deyil
Sentyabrda Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artıb. Sfera.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 20.2 milyon manat artaraq 1 milyard 353.8 milyon manata çatıb.Bu, ilin əvvəli ilə müqayisədə 322.9 milyon, ötən ilin müvafiq dövrünə görə isə, 389.6 milyon manat çoxdur.
/azadliq.org/






