7 erməni öldü, 35-i yaralandı - Rusiyada avtobus qəzası
Kateqoriya məlum deyil
Rusiyanın Tula şəhərinin yaxınlığında, M4 “Don” magistral yolunda “Moskva-İrəvan” avtobusu qəzaya uğrayıb.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirərək aşıb. Nəticədə 35 nəfər yaralanıb, 7 nəfər ölüb.Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən bildirilib ki, ölən və yaralananların hamısı Ermənistan vətəndaşlarıdır. Avtobusda ümumilikdə 63 sərnişin olub. Yaralılardan 7-nin vəziyyətinin ağır, 10-nun vəziyyətinin isə orta-ağır olduğu bildirilir.Daxili İşlər Nazirliyinin əməkdaşları qəza ilə bağlı texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması versiyalarını irəli sürüblər.
Sfera.az






