Qaçqınlara şad xəbər
Kateqoriya məlum deyil
Rio-de-Janeyro Olimpiya oyunlarında qaçqın idmançılar da təmsil olunacaq.Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax BMT-nin Baş assambleyasında çıxışında bildirib.Bax deyib ki, Yaxın Şərqdəki müharibə üzündən aralarında peşəkar idmançılar olan insanlar kütləvi şəkildə Avropa ölkələrinə köç ediblər:“Hazırda dərəcəli qaçqın atletlərin Olimpiya oyunlarında iştirak etmək imkanı yoxdur. Yığması, bayrağı və himni olmayan idmançılar belə Olimpiadaya dəvət olunaraq turnirdə Olimpiya bayrağı altında təmsil olunacaqlar”.






