Logo

Avtomobillə qatar toqquşub, yaralılar var - FOTO

Avtomobillə qatar toqquşub, yaralılar var - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumata görə, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı-Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR