Logo

Vurduğu piyadanı xilas edə bilmədi

Vurduğu piyadanı xilas edə bilmədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. Əmir Hacıməmmədov avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü yaralı piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.  Lakin naməlum sərnişin yolda dünyasını dəyişib.
  
Sürücü polis tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
  
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR