Trend-ə verilən məlumata görə, bu məqsədlə bankın digər banklarlabirləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı
banka yeni vəsait qoyuluşu həyata keçirilib. Bu vəsaitlər hesabına əhali və kreditorlar
qarşısında vaxtı ötmüş ödhəliklərin icrasına başlanılıb.
Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf
xəttinə uyğunluğunu nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin
1 fevral 2016-cı il tarixli, 10/file/articles/3 nömrəli qərarı ilə "NBCBank" ASC-nin bank lisenziyasının
ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/file/articles/3 nömrəli) ləğv edilib.
Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti
çərçivəsində fəaliyyət göstərəcək.
----------
17:06Milli.Az xəbər verir ki, Mərkəzi Bankın informasiya portalı olan banco.az saytında bildirilir ki,
03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə yenidən
müştərilərə xidmət göstərməyə başlayacaq.
-----------
16:57"NBC Bank" ın lisenziyası bərpa olunur.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə bankın Feysbuk səhifəsindəməlumat yazılıb.
Bildirilir ki, Mərkəzi Bankın 01.02.2016-cı il tarixli 10/file/articles/3 saylı qərarı ilə, 25.01.2016-cı
il tarixli 06/file/articles/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağrılması)
qüvvədən düşmüş hesab olunur və NBC Bank ASC-nin lisenziyası bərpa olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl "Qafqazinfo" "NBC Bank"ın yenidən açılacağı
ilə bağlı məlumat yaymışdı.