Xoşqədəmin yeni verilişi - FOTOLAR
Kateqoriya məlum deyil
Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə geri qayıdır. ANS televiziyası növbəti möhtəşəm layihə hazırlayır.
Aparıcı yeni layihə ilə onu sevənlərin qarşısına gələcək. Xoşqədəm Hidayətqızı yeni verilişi haqqında ANS PRESS-ə məlumat verib.
Məşhur aparıcının yeni verilişi "Deməsək olmaz" adlanır. ANS TV-nin aparıcısı yeni verilişi haqqında məlumat verib:
“Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı “Səni axtarıram” verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq.”
Sfera.az






