Logo

20 min müəllim işdən qovuldu - 10-cu sinif testini keçə bilməyiblər - FOTO

20 min müəllim işdən qovuldu - 10-cu sinif testini keçə bilməyiblər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 10-cu sinif şagirdlərinin bilik səviyyəsində hazırlanan testi keçə bilməyən 20 min müəllim işdən çıxarılıb.

Sfera.az
 xəbər verir ki, Nigeriyada 20 mindən çox müəllim imtahandan kəsildikləri üçün işdən qovulublar.

Ölkə prezidenti Muhammadu Buhari 20 min müəllimin imtahandan keçə bilməməsini faciə adlandırıb.

"Bu, çox ciddi məsələdir ki, müəllimlər imtahandan keçə bilmirlər, amma şagirdlərindən imtahandan keçməyi tələb edirlər. 20 min müəllimin imtahandan kəsilməsi faciədir".

İmtahanların keçirildiyi Kaduna şəhərinin valisi Mallam Nasir Ahmad El-Rufai müəllimlərdən bir neçəsinin test nəticələrini sosial şəbəkədə paylaşıb və qeyd olaraq "İmtahan nəticələri belə olan birinin övladlarınıza nəsə öyrətməsinə razı olarsınız?" yazıb.

milli.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR