Logo

SIM kartlar ləğv olacaq

SIM kartlar ləğv olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

SIM kartlar tarix olur

Bank kartlarının üzərində yer alan Security Elements çipinin cib telefonlarına daxil edilməsi ilə, rəqəmsal sahədə inqilabi dəyişikliklər baş verəcək. Hər şeydən əvvəl SIM kartlar ortadan qalxacaq.


Bank kartlarının üzərində yer alan və içərisində şəxsi məlumatların yerləşdiyi çiplər mobil telefonlara gəlir. Cib telefonlarının içərisində gələcək  Security Elements-lə kredit kartı, SIM kartlar və şəxsiyyət vəsiqələri tarix olacaq.

Bu sahədə ilk addımı ötən il Apple atmışdı. iPad Air 2 modelində kompakt SIM kartlarını istifadə edən Apple, iPhone 7 ilə Security Elements çiplərini cib telefonlarına gətirməyi hazırlaşır.

Security Elements-in cib telefonlarına daxil olması ilə rəqəmsal sahədə inqilabi dəyişikliklər baş verəcək. Hər şeydən əvvəl SIM kartlar ortadan qalxacaq.

GSM operatorları  baza stansiyaları vasitəsilə, abunəçilərinin telefonlarının içərisinə  yerləşdirilmiş bu çip ilə işləyəcək. Bunun üçün sadəcə kiçik bir applikasiyanı (proqramı) telefona yükləmək yetərli olacaq.

2016-cı il ərzində satışına başlanacaq çipli şəxsiyyət vəsiqələri də Security Elements ilə cib telefonlarına girəcək. Ancaq bunun üçün dövlətin iradəsi lazımdır. Barmaq izi kimi məlumatlar da çipin içərisinə yüklənəcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR