Azərbaycanlı zəvvarlar Kərbəlada fırıldaqla üzləşdi - Qrup rəhbəri 30 min pulu götürüb aradan çıxdı - VİDEO
Kateqoriya məlum deyil
Kərbəlaya ziyarətə gedən azərbaycanlı zəvvarlar fırıldaqla üzləşib.
Sfera.az GoldNews.az-a istinadla xəbər verir ki, bu barədə zəvvarlardan biri Amid Boradigahlı Facebook hesabında bildirib. Onun sözlərinə görə, Təvəkkül Vaqif oğlu Həsənov adlı şəxs Azərbaycanda zəvvarlardan 250 dollar pul yığaraq onları Kərbəlaya aparıb gətirəcəyinə, zəvvarların ziyarət vaxtı qalmaq, yemək xərclərinin qarşılanacağına söz verib. Lakin sözügedən şəxs onları Kərbəlada qoyaraq qaçıb. Bununla da o, zəvvarların 30 min manatını mənimsəyib. Hazırda zəvvarlar İraqın Kərbəla şəhərində pulsuz, evsiz, qidasız qalıblar, onların Azərbacana qayıtmaq imkanı yoxdur.
| ]






