Logo

“Qoçu” öz restoranında öldürüldü - Abbas Abbasovla qohumluğu var

“Qoçu” öz restoranında öldürüldü - Abbas Abbasovla qohumluğu var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Noyabr ayının 4-ü, gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Sfera.az "Gununsesi.info”ya istinadən verdiyi məlumata görə, öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoçu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar” restoranında törədilib.

Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Q. Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu” ləqəbi ilə tanınırdı. O,ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu.

Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR