Logo

İNANMAYACAQSINIZ! Polislə atışmada öldürülən “Qoca” görün əslində kim imiş

İNANMAYACAQSINIZ! Polislə atışmada öldürülən “Qoca” görün əslində kim imiş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müğənni Fədayə Laçının "Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında vasitəçi olması, onlar arasındakı sevgi münasibəti və davamında baş verən hadisələr hələ də medianın əsas müzakirə mövzusu olaraq, qalmaqdadır.

Cebhe.info xəbər verir ki, əsas xəbərə çevrilən bu olayda daha bir maraqlı məqam da kriminal avtoritetin anası Svetlana Məmmədovanın oğlu ilə bağlı verdiyi açıqlamaları olub. O, oğlunun qəzəllər yazdığını, hətta "Mirvari damlalar” və "Gözlədiyim illər” adlı kitabların müəllifi olduğunu bildirib. Əlavə edib ki, oğlu daha bir kitabı çapa hazırlanırdı, lakin ölüm imkan vermədi.

Bəs, maraqlıdır, görəsən, Etibar Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü olubmu?

Nəzərə alanda ki, tanınmış meyxana ustası Namiq Məna da sözügedən qurumun üzvü idi. Hətta bu yaxınlarda o, AYB-nin Qubadlı bölməsinə sədr seçilmişdi. İctimaiyyət meyxanaçının Yazıçılar Birliyinin bölmə sədri təyin olunmasını xoş qarşılaması isə başqa söhbətin mövzusudur.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR