İcra başçısı 20 min manata ov iti alıb
Ov həvəskarı olan Nərimanovun icra başçısı Abidin Fərzəliyev növbəti mövsümə hazırlıq
üçün bir sıra addımlar atmağa başlayıb. Sfera.az JAM.AZ-a istinadən verilən məlumata
görə, icra başçısı ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların arasına daha bir yeni
cins heyvan əlavə edib.
Məlumatda deyilir ki, Fərzəliyevin yeni cins ov iti İngiltərədən gətizdirilib. Və onun qiyməti
20 min manata yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin
ölkədən təlimçi dəvət edilib. Onun da hər ay heç də kiçik olmayan məbləğlərdə əmək haqqı
alacağı vurğulanır.
Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri var. Onların
aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra
başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə
bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






