Dənizdə boğulan modelin atasından təsirli MÜRACİƏT – Ruhuna hörmət edin

Dənizdə boğulan modelin atasından təsirli MÜRACİƏT – Ruhuna hörmət edin
"Günelin faciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş verib” 
 

Bu ilin yayında Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı son günlər bir sıra saytlarda yeni xəbərlər yayılır. İddia olunur ki, model dənizdə batarkən onun olduğu yaxtanın sahibi Həbib Axundov da orada olub. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov isə bu məlumatları qəti şəkildə təkzib edərək bildirir ki, əgər orada olmuş olsaydı Günel batmazdı. Özünü təcrübəli üzgüçü sayan Həbib Axundov həmin hadisə ilə heç bir əlaqəsinin olmadığını deyir.

Son günlər yayılan məlumatlar mərhumun ailə üzvlərini də narahat etməyə başlayıb. Ailə adından mərhumun atası Rəşid Mirzəyev müraciət yayıb. Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, Günelin faciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş verib: "Bu hadisənin baş verməsində heç kim günahkar deyil, o cümlədən bir sıra internet saytlarında adı hallanan Həbib Axundov. Ona görə də saytlardan xahiş edirik ki, şou və sensassiya xatirinə qalmamaq yaratmasınlar, ailəmizə və qızımızın ruhuna hörmətlə yanaşaraq xələl gətirməsinlər.

Bu mövzu ilə bağlı bütün müzakirələrə son qoyulmasını artıq dərəcədə xahiş edirik”.

Müraciəti mərhum modelin atası Rəşid Mirzəyev, anası Göyçəkxanım Mirzəyeva, bacıları Cəmilə Paşazadə və Gülşən Eyniyeva imzalayıblar.

Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma zamanı məlum olub ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G.Mirzəyeva boğulub. Onun meyiti bir neçə gün sonra sudan çıxarılıb.

Xatırladaq ki, G.Mirzəyeva "Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.

 



 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...