Logo

Videobloqer Aka-The-One: "Atam bu vəziyyətlə sadəcə barışıb"

Videobloqer Aka-The-One: "Atam bu vəziyyətlə sadəcə barışıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkənin fenomeni olan videobloqer Aynur Hüseynovanın Milli.Az-a müsahibəsi

- Ölkəmizdə bir çox müğənni və aktyordan daha məşhursan və bu məşhurluğu qısa müddət ərzində əldə etmisən. Sənə deyən olub ki, sosial şəbəkədə realda olduğundan fərqlisən?

- Bəli, çox adam deyir ki, realda daha səmimi və sadəsən. İlkin dövrdə inanmırdım. Məşhurluğum heç nəyi dəyişməyib. Necə idim, elə də qalmışam. Ona görə də kimsə mənə deyəndə filankəs səni tanıyır, bəhmənkəs də tanıyır, mən hər dəfə buna təəccüblənirəm. Bilmirəm niyə, amma şəkillərdə özündən razı kimi görünürmüşəm.

- Ümumiyyətlə, kimdir axı bu bloqerlər? Onların cəmiyyətdə rolu nədir və sən düşünürsənmi ki, bu bloqla üzərinə götürdüyün funksiyanı yerinə yetirə bilmisən?

- Bloqerlər jurnalist kimi bir şeydir. Sadəcə jurnalistin redaktoru var, baş redaktoru var, amma bloqerlər özləri redaktordurlar. Onların rolları hər sahə üçün mühümdür. Beauty bloqerlər gözəl make-up-lar, faydalı məsləhətlər paylaşırlar. Travel bloqerlər ölkələri, şəhərləri, gəzməli məkanları izləyiciləri ilə paylaşırlar. Maraqlı və gəzməli yerlər, otellər, qiymətlər - bunlar önəmlidir, məncə. Doğrudur, mən bu işə təsadüfən başlasam da, düşünürəm ki, üzərimə götürdüyüm funksiyanı yerinə yetirə bilmişəm. Mənim məqsədim fikirlərimi insanlara çatdırmaqdır. Videolarımda da bunu maksimal dərəcədə göstərməyə çalışıram.

- Mənə maraqlıdır, inşa yazanda və ya müəllim soruşanda ki "nə olmaq istəyirsən", sənin cavabın nə olub? Yəqin ki, təkcə video çəkməklə məşğul deyilsən.

- Arzum Hollivud aktrisası olmaqdır. Ailəm fikirlərimdən yayındırmağa çalışırdı. Uzun müddət seçim edə bilmirdim. Sonra düşündüm ki, kinonu istəyirəmsə, axıra kimi də getməliyəm. Filologiyanı bitirmişəm. Amma kino sahəsini seçmişəm. Həyatımın sonunadək məşğul olmaq istədiyim işdir.

- Səncə, Azərbaycan gəncliyi təqdim etdiyin və ya təbliğ etdiyin bu yeniliyə hazırdırmı?

- Yeni başlayarkən hazır deyildi. Qınaq obyektinə çevrilməkdən qorxsaydım, bu işə girməzdim. Hər kəs məni sevə və razılaşa bilməz və bu, normaldır. Məni məyus edən isə sadəcə tənqid əvəzi yazılan təhqirlərdir. Paylaşımlarımı bəzən gündəmə, bəzən emosiyalarıma və ya əhval-ruhiyyəmə uyğun edirəm. Mən hər nə paylaşıramsa, demək, bu məni narahat etmir. Bütün şərhlərə, reaksiyalara hazıram. Alışmışam. Amma artıq hər şey dəyişib. Vəziyyət daha fərqlidir, daha asanlaşıb. Məni izləyənlər, sevənlər paylaşdığım hər şeyə hazırdırlar.

- Amerika macəran necə başladı?

- Bilmirəm, hər şey bir anda oldu. Amma istək, arzu olaraq uşaqlıqdan var idi. Təzə gələndə çətin idi mənə. Amma indi sanki öz evimdəyəm. Ailəm uzaqda qalmağıma öyrəşib. Anam artıq məni dəstəkləyir. Atam isə indi sadəcə barışıb. Bəzən fikir bildirir, bəzən də susur.

- Maraqlıdır, Aka the one-nın ağ atlı şahzadəsi varmı?

- Açığı, şəxsi həyatımdan danışmaq istəmirəm. Sadəcə, fikrimi bildirəcəm. Evliliyi düşünmürəm. Buna hazır deyiləm. Nə vaxt hazır olacam - bilmirəm. Evlilik, ana olmaq çox ciddi və məsuliyyətli işdir. Evlilik üçün yaş yoxdur. Hər kəs istədiyi, özünə uyğun və hazır olduğu vaxtda ailə qurur. Deyilən konkret yaş isə sadəcə stereotiplərdir. Bunlar mənim vecimə deyil. Hər kəsin öz doğrusu var. Mənim doğrum mənə lazım olan şeyləri diktə edir. Artıq kim nə düşünür, danışırsa, vecimə deyil. Həm də nə yaşım var ki mənim?!

- Cəmiyyətə fayda verən hansı məzmunlu sosial çarxda rol almaq və ya özün eyni məzmunlu belə bir çarx çəkmək istərdin?

- Konkret hər hansı bir çarxı qeyd edə bilmərəm. Amma sevərək iştirak edərəm. Heyvanları hədsiz dərəcədə sevirəm. İstisna - ilan, köpəkbalığı, siçovul. Sevə bilmirəm, ürpənirəm. Amma bir dəfə soyuq vaxtlar idi, Nizami küçəsi ilə gedirdim. Gördüm bir neçə oğlan yığışıb, hay-küy salıb əylənirlər. Onlara tərəf çatanda gördüm ki, divara sıxılmış və qaçmağa yeri olmayan bir siçovul. Əlləri ilə qorunmağa çalışırdı, cırmaq atırdı. Fobiya və iyrənməyimə baxmayaraq araya girib onu müdafiə etdim. "Olmaz belə, yekə oğlanlarsınız, bir siçovulun üstünə cumursunuz, gülürsünüz". Beləliklə dağılışdılar. Hələ siçovula bu qədər yaxın olmamışdım.

- Özün haqqında heç yerdə demədiyin bir şeyi bizimlə paylaş.

- Həmişə istəmişəm ki, böyük sahədə bir evim olsun. Ferma kimi bir şey. Öz meyvə ağacları, tərəvəzi, toyuqları, inəkləri, qoyunları, atları, qoz-fındıq meşəliyi, balıqlı balaca çayı, bir neçə it-pişiyi, göyərçinləri, arı pətəyi, küçədə təndiri olsun. Hər şey təbii yəni. Mağazadan heç nə almayım. Hər həftə sonu gəlim ora, işləyim, dincəlim. Evi olmayan 1-2 ailəni də orada saxlayım. Həm yaşasınlar, həm də qazansınlar. Bu gözəl yer üzündə cənnətimi də qorusunlar. Bax belə.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR