Tarqovuda böyük kitab flaşmobu - Fotolar
Kateqoriya məlum deyil
Günlərlə gözlənilən flaşmob nəhayət baş tutdu.
Gecce.az xəbər verir ki, Tarqovuda böyük kitab flaşmobu elə ilk dəqiqələrdən gözlənilən nəticə əldə etdi. Gənclər, mərkəzlə hərəkət edən bütün insanların diqqətini özlərinə cəlb edib, onlarda kitaba maraq oyatmağa müvəffəq oldular. Tədbirə 40-50 arası dəstək olmağa qatılan gənclərdən əlavə maraqlanıb kənardan dəstək olmağa gələnlərin sayı flaşmobu daha da fərqli etdi. Flaşmobun təşkilatçısı Dəniz Pənah deyir ki, flaşmob zamanı bir neçə nəfər mənə yaxınaşıb:-“niyə kitab oxuyursuz?”- deyə soruşdu. Onlara izah etdim ki, kitab oxumağımızın səbəbi odur ki, gələcəkdə bir də bu sualı vermyəsiz.






