“Qoca”nın yeni FOTOları - FB-da profili varmış... - FOTOLAR
Kateqoriya məlum deyil
Dünən gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonunda keçirdiyi əməliyyat nəticəsində yaralanan, daha sonra ölən "Qoca" ləqəbli Etibar Məmmədovun Feysbukda profilinin olduğu məlum olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, avtoritetin həbsxanada olan zaman sosial şəbəkədən istifadə etdiyi, tanışları ilə buradan əlaqə saxladığı iddia olunur.
2011-ci ildə yaradılan "Etibar Qoca" profilində xeyli foto paylaşılıb. Bundan başqa, "Allah qapını açsın" kimi şərhlərə, "Qoca" özü cavab verib.
Profildə son paylaşım isə ötən ilin mart ayında olub: "Yaşamaq üçün ölmək, ölmək üçün yaşamaq lazımdır".










