Logo

Qışda arıqlamaq istəyənlər üçün - PƏHRİZ

Qışda arıqlamaq istəyənlər üçün - PƏHRİZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qış gəlib çatır. Soyuq, üşütmə, bronxit, xəstəliklərin hamısı qapımızdadır. Bütün bunlardan qorunub sağlam bir şəkildə arıqlamaq üçün ən doğru pəhriz proqramı hansıdır? Qışda xəstələnmədən arıqlamaq üçün yeməli olduğunuz ən mühüm qidalar meyvə və tərəvəzlərdir. Bundan başqa qış aylarında xəstəlik və infeksiyalardan qorunmaq üçün immunitet sistemimiz güclü olmalıdır. Mütəxəssislər qış aylarında gündəlik A, C, E vitaminləri, selenium, sink, maqnezium qəbulunu artırmağı tövsiyə edir.  C vitamini ilə zəngin olan yaşıl bibər, cəfəri, aruqula, tərə, ispanaq, portağal, limon və naringi kimi qış qidaları yeyin. Bundan başqa E vitamini ilə zəngin olan fındıq, badam, yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar yeyin. Balıq yağı, omega 6 tərkibli zeytun və fındıq yağı da immunitet sistemini inkişaf etdirən qidalardır.

Sfera.az lent.az-a istinadən bildirir ki, qış ayları üçün ən uyğun pəhriz proqramını təqdim edir. Bu pəhrizə əməl edərkən səhər yeməyindən əvvəl 1 stəkan ilıq suya 1 çay qaşığı limon sıxıb için.

1-ci gün

Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 dilim pendir, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 100 qram dərisi soyulmuş qızardılmış toyuq, 1 kasa qatıq, 1 xiyar

Axşam: 1 pors ətli, kəvərli tərəvəz yeməyi, salat, 1 alma

2-ci gün

Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 100 qram qaynadılmış dana əti, yarım pors plov, salat

Axşam: 1 pors ətli noxud yeməyi, salat, 1 portağal

3-cü gün

Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 100 qram qızardılmış hinduşka əti, 1 dilim kəpək çörəyi, salat

Axşam: 1 pors qiyməli ispanaq yeməyi, salat, 1 ədəd naringi

4-cü gün

Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, 1 xiyar, 1 stəkan şəkərsiz çay ya da qəhvə

Günorta: 100 qram qızardılmış kotlet, salat, 1 kasa qatıq

Axşam: 1 pors gül kələmi yeməyi, yarım pors yağsız makaron, 1 ədəd nar

5-ci gün

Səhər: 1 yumurta, 1 pomidor, 1 xiyar, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 100 qram qızardılmış bifşteks, 1 kasa qatıq, 1 ədəd portağal,

Axşam: 1 ədəd göbələk sotesi, yarım pors makaron, 1 ədəd naringi

6-cı gün

Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 3 ədəd doğranmış qarışıq tərəvəz yeməyi, yarım pors plov, 1 nar

Axşam: 1 pors ətli quru lobya, 1 kasa qatıq, 1 ədəd portağal

7-ci gün

Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, az pendir, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə

Günorta: 100 qram qızardılmış toyuq filesi, 1 kasa qatıq

Axşam: 1 pors balqabaq yeməyi, yarım pors makaron, 1 kasa qatıq

Gecələr 1 stəkan ilıq süd için.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR