Növbəti vəhşilik: polis 6 yaşlı uşağı güllələdi
Kateqoriya məlum deyil
ABŞ-ın Luiziana ştatında azyaşlı uşağı güllələyən federal polislər barəsində araşdırılma başlanıb.Publika.az “BBC”-yə istinadən xəbər verir ki, federallar uşağın atasına məhkəmənin hökmünü təqdim etmək üçün gəliblər. Lakin o 6 yaşlı oğlu ilə maşına əyləşərək uzaqlaşıb.Polislər kişini təqib etməyə başlayıb. Nəhayət təqib olunan kişi maşını dalanların birində saxlayır. Avtomobili arxaya verəndə polislər bunu hücum kimi dəyərləndirir və atəş açır.Nəticədə kişi ağır yaralanıb, oğlu isə ölüb.






