Logo

Bakıda beynəlxalq hüquqi zona yaradılır - VİDEO

Bakıda beynəlxalq hüquqi zona yaradılır - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtda elə bir hüquqi zona yaradılacaq ki, həmin zonada istehsal həyata keçirən

sahibkarlardan vergi alınmayacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində

yaradılacaq "Ələt Logistika və Ticarət Zonası" sahibkarlara daha nələr vəd edəcək?

Sfera.az Xəzərxəbər-ə istinadən bildirir ki, istehsalçılara böyük güzəştlərin ediləcəyi zona

yaradılır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində inşa ediləcək Ələt Logistika

və Ticarət zonası 100 hektardan və 3 hissədən ibarət olacaq.

Bu ticarət zonasında yerli və xaricdən gətirilən xam malın istehsal prosesindən keçirilərək

hazır məhsul şəklində yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulur. Bu zonada xüsusi

qanunlar tətbiq ediləcək.

Bu zonada istehsal edilən məhsul ərazidən keçən dəmir yol xətti, böyük İpək Yolu' və yaxud

Bakı Dəniz ticarət limanı vasitəsi ilə yerli və dünya bazarında çıxarılacaq. Layihənin icrasının

dəqiq vaxtı bilinməsədə yaxında dövrlərdə prosesin başlanılması gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR