Logo

Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB

Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

ARB TV xəbər verir, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və sərnişini - 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.

14:23

Qəbələdə faciəvi qəza baş verib.

BiG.AZ xəbər verir ki, Mercedes C220 Furgon markalı avtomobil Lada 21099 ilə toqquşub. Ağır qəza nəticəsində Lada21099 iki yerə parçalanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Lada21099-un sürücüsü həyatını itirib, bir nəfər isə yaralanıb. Mərhumun adı Sənan olub. O, təzəlikcə ailə həyatı qurubmuş.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Maira Namazova

Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
Qəbələdə FACİƏVİ QƏZA: Yenicə toyu olan Sənanın maşını iki yerə parçalandı - FOTOLAR/YENİLƏNİB
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR