Dəhşətli sel 11 nəfərin həyatına son qoydu - REAL GÖRÜNTÜLƏR
Kateqoriya məlum deyil
Ötən gün Misirdə güclü yağışların törətdiyi sel nəticəsində 11 nəfər həyatını itirib. Qahirədən şimalda yerləşən Buheyr vilayətinin Vadi ən-Natrun rayonunda 8 nəfər boğulub. Onların evlərini qəfildən su basıb və sakinlər xilas ola bilməyiblər. Daha 3 nəfər elektrik cərəyanının qurbanı olub. Ölkənin şimal paytaxtı İsgəndəriyyə şəhəri də güclü yağıntılar nəticəsində su altında qalıb. Şəhərdəki vəziyyət getdikcə gərginləşir. Bir neçə rayonda elektrik naqillərinin partlaması nəticəsində yarımstansiyalarda yanğın baş verib və ətraf ərazilər işıqsız qalıb. //report.az






