Logo

Putinə sui-qəsd hazırlayan şəxsin həyat yoldaşı öldürüldü

Putinə sui-qəsd hazırlayan şəxsin həyat yoldaşı öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Kiyev yaxınlığında naməlum şəxslər Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan Adam Osmayevin avtomobilinə atəş açıblar.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Facebook səhifəsində yazıb. İnsident nəticəsində Osmayevin həyat yoldaşı Amina Okuyeva ölüb.

Qeraşenko qeyd edib ki, nəqliyyat vasitəsi Kiyev vilayətinin Qlevaxa qəsəbəsində dəmir yolu keçidi yaxınlığında gülləboran edilib. Osmayev özü hadisə zamanı yüngül xəsarətlər alıb.

mənbə: oxu.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR