Logo

Bakıda bu marşrut xəttinin fəaliyyəti yenidən bərpa edildi

Bakıda bu marşrut xəttinin fəaliyyəti yenidən bərpa edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, metronun "Memar Əcəmi" stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR