Döyüldüyü deyilən Oksana Rəsulova: "Elşaddan başqası ilə öpüşmədim..." - VİDEO
Kateqoriya məlum deyil
Oksanan Rəsulova keçmiş əri Elşad Xose haqqında etiraflar edib.
A24.Az xəbər verir ki, ARB TV-də "Yeməyə nə var?” verirlişinin qonağı olan rəqqasə Oksana Rəsulova Elşad Xose və birgə çəkildikləri film haqqında danışıb. O, bildirib ki, Elşad onun üçün həmişə əziz və doğmadır.
"Filmdə Elşadın yerinə başqa biri olsaydı, alınmazdı. Mən çəkilməzdim o filmə. Baxmayaraq ki, biz artıq onunla 5 ildir ki, ayrıyıq amma hər zaman onunla bir-birimizə doğma insan olmuşuq. Filmdə öpüşmə səhnələri var idi. Elşaddan başqası ilə öpüşməzdim. Bizim hisslərimizin heç kimə aidiyyatı yoxdur. O, həmişə mənim üçün doğma və əziz olacaq”, -deyərək rəqqasə açıqlayıb.
Sfera.az həmin görüntüləri təqdim edir:






