Logo

Talıb Talenin yarışmadan sonra telefonu oğurlandı: “Məni gözdən salmaq üçün...”

Talıb Talenin yarışmadan sonra telefonu oğurlandı: “Məni gözdən salmaq üçün...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Maşın” realiti şousunun qalibi müğənni Talıb Talenin telefonu oğurlanıb.

Sfera.az məlumatına görə, bu barədə müğənni "Lent.az”a müsahibəsində bildirib.

"Demək, yarışmaya gələn gündən telefon işlətmirdik. Qalib olan zaman telefonumu gətirdilər, atamla danışdım, daha sonra telefonum oğurlandı. Atamla danışandan sonra telefonum yox oldu, indi də axtarılır, amma tapılmır. İndi kameralara baxılır, araşdırılır. Amma öncədən demək istəyirəm ki, məni gözdən salmaq üçün telefonumda olan şeyləri yaya bilərlər. Amma fikirləşirəm ki, telefonumda elə bir gizli işim yoxdur. Yəni mənə aid gizli yazışmalar,  başqa nələrsə yoxdur. Kodda olan telefondur. Düşünürəm ki, bu hadisə məqsədyönlü olub”, - deyə T. Tale qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR