Tale Bağırzadənin müavini saxlanıldı: dindarlar polis idarəsinə yığışır (FOTOLAR)
Kateqoriya məlum deyil
Müsəlman Birliyi Hərəkətının sədr müavini Elçin Qasımov saxlanılıb.
E.Qasımov saat 23 radələrində Sabunçu Rayon Polis İdarəsinə gətirilib.
Musavat.com-un hadisə yerində olan reportyoru xəbər verir ki, xeyli sayda dindar polis idarəsinin qarşısına yığılıb.
Qeyd edək ki, E.Qasımov hərəkatın sədri Tale Bağırzadənin müavinidir.
Onun saxlanılma səbəbi bilinmir.
Bir neçə gün əvvəl T.Bağırzadə Yasamal Rayon Polis İdarəsində fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi.
Müxbirimiz bildirir ki, Polis İdarəsinin qarşısındakı giriş bağlanıb. Ara küçələr də polis nəzarətindədir. İki avtobus polis əməkdaşları əraziyə gətirilib. İdarənin qarşısına doğru piyadaların da keçməsinə icazə verilmir. Ərazidə xeyli sayda Post Patrul Xidmətinin maşınları var.
Əlavə məlumat verməyə çalışacağıq.











