Logo

Cavid Hüseynovun həbs görüntüləri - Müddət uzadıldı / FOTO

Cavid Hüseynovun həbs görüntüləri - Müddət uzadıldı / FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Məlumata görə, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi. //Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR