Logo

"Mercedes-Benz"in Bakı filialından cavab: "Erməni loqosu üzərində olan avtomobilin bizim salonlara..."-EKSKLÜZIV

"Mercedes-Benz"in Bakı filialından cavab: "Erməni loqosu üzərində olan avtomobilin bizim salonlara..."-EKSKLÜZIV
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının mərkəzi küçəsində üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil görüntülənib. Sosial şəbəkə istifadəçilərindən birinin diqqətini çəkən həmin görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib. Sözügedən şəxs görüntüləri sosial şəbəkədə paylaşıb.

Sfera.az-ın əməkdaşı qalmaqallı məsələyə aydınlıq gətirmək üçün Azərbaycanda "Avtokapital" rəsmi distribüterin marketing və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Abbasova ilə əlaqə saxlayıb. Qurumun rəsmisi Sfera.az-a açıqlamasında bildirib ki, sözügedən avtomobili ola bilər şəxsi olaraq avtomobil alış-verişi ilə məşğul olan şəxs Azərbaycana gətirib:

"Mercedes-Benz GL 550 markalı maşın rəsmi olaraq Azərbaycana gətirilmir. Ona görə ki, bu Amerika bazarına uyğun istehsal olunan avtomobildir. Loru dildə bu avtomobillərə "amerikanka" deyilir".

S.Abbasovanın sözlərinə görə, sözügedən avtomobil rəsmi salonlardan alınmayıb:

"Bunu da təsdiq edə bilərik. GL 550 markalı maşınlar yalnız və yalnız Amerika zavodunda bazar üçün istehsal olunur. Avropaya üçün deyil. Həmin avtomobil 2008-2009-cu ilin avtomobilidir. Sözügedən avtomobilə fikir versəniz, nömrə altında Mercedes işarəsi, ulduz (*) və Mercedes-Benz yazılıb. Bizim rəsmi dillerlərimizdə nömrə altılar, rəsmi nömrələr və ünvanlar qeyd olunur. Bundan başqa, avtomobilin sahibi verdiyi açıqlamasında deyir ki, idarə etdiyi maşını Ayna Sultanova prospektində hansısa salonlardan alıb. Ancaq bizim rəsmi salonlarımız iki ünvanda yerləşir. Biri, Babək prospektində "Autostar Caucasus", o biri isə "Abşeron Avtomobil Mərkəzi" Bakı-Sumqayıt yolundadır. "Eurostyle Motors" şirkəti Amerikaya məxsus şirkətdir. Biz maşınları birbaşa Almaniyada yerləşən  "Dailer" şirkətindən gətizdiririk".

Qeyd edək ki, sözügedən avtomobilin sahibi açıqlamasında avtomobili 4-5 il bundan öncə Bakıda avtosalonların birindən aldığını bildirib. Hətta sözügedən loqonun illərdir avtomobilin üzərində olduğunu və fikir vermədiyini də qeyd edib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR