İPHONE üçün çətin şərtlər altında çalışan işçilərdən şok görüntülər - FOTOLAR
Kateqoriya məlum deyil
Sfera.az bildirir ki, son dərəcə nadir tapılan bir mineral olan Koltanı çıxarmaq üçün işləyən 4400 işçi, 12 saat həddindən artıq isti hava şəraitində işləyib gündə yalnız 5 dollar qazanırlar. Söz gedənhəmin mineralı əlləriylə çıxarmaq məcburiyyətində olan işçilər, Ruanda və Ugandasınırındaki bir dağın zirvəsində təhlükəli bir şəkildə işləyirlər. İnsan hüquqlarının pozuntusuna məruz qalan Kongolu işçilərin görünüşü 19-cu əsrdəki dəli bir qızıl tapma yarışı adlandırılan 'qızıla hücum' hərəkatinə bənzədilir. Dünya üzrə 80 faizi Demokratik Konqo Respublikasında tapılan, iPhone, notebook, kompüter, Playstation kimi yüksək texnologiya məhsullarında istifadə Koltan, tutqun qara rəngli bir mineraldır, tərkibində niyobyum və tantal vardır. Xüsusilə cib telefonlarındakı voltajı tənzimləyən və enerji yığmağa yarayan Koltan mineralı, əl ilə çıxarıldığı üçün böyük əmək istəyir.
















