Qarabağda savaşmaq üçün döyüşçülər dəvət olunur - FOTOLAR

Qarabağda savaşmaq üçün döyüşçülər dəvət olunur  - FOTOLAR

"Münaqişə zonasında vəziyyət istənilən an gərginləşə bilər".

“Rusiyameyilli separatçıların sıralarına döyüşçülərin cəlb edilməsi və onlarla təbliğat işi sistemli şəkildə aparılır. Mən bildiyim qədərilə Donetsk bölgəsindən Suriyaya vuruşmaq üçün artıq 700-dən çox döyüşçü göndərilib. Bəziləri danışırlar ki, hətta artıq mindən çox hazır döyüşçu Suriyaya yollanıb”.

ANS PRESS-in məlumatına görə, bu barədə öz Feysbuk səhifəsində "Novorossiya"da terror təhsil layihəsinin koordinatoru, Sankt-Peterburqdan olan "DNR" döyüşçüsü, bloqqer və hərbi jurnalist Aleksandr Juçkovski yazıb.

Aleksandr Juçkovskiy

Juçkovski yazısında bildirir ki, onları Suriyaya "ezamiyyətə" meyilləndirmək üçün Rusiya vətəndaşlığının veriləcəyinə, yuksək maaş (rəqəmlər hazırlıqdan və ixtisaslaşdırmadan asılı olaraq, 90-dan (1494 AZN) 250 minə (4150 AZN) rubla qədər dəyişir) ödəniləcəyinə dair söz verirlər. Suriyaya gedəcək döyüşçüləri inandırmağa çalışırlar ki, Donetskdə artıq hər şey bitib: "Burada daha heç nə yoxdur, Donetsk ərazisində müharibə bitdi, indi Rusiyanın maraqları üçün Suriyada mübarizə aparılır və.s.".

Daha sonra Juçkovski Dağlıq Qarabağ münaqişəsini xatırlayır.

"Maraqlıdır ki, döyüşçülərə Rusiyanı yalnız Suriyada müdafiə etməyə getməyi təklif etmirlər, artıq Tacikistana və Dağlıq Qarabağa da dəvətlər var. Orada mürəkkəb vəziyyətdir və istənilən vaxt gərginlik başlana bilər. Düzdür, mən ora kiminsə göndərilməsi barədə xəbərsizəm, amma bu məsələ haqda danışıqlar var, mümkündür ki, artıq gələcək planlarda bu, var. 

Əgər qlobal şəkildə sabitliyin pozulması məsələsi qaldırılsa və Rusiyanı müxtəlif istiqamətlərdə alovlandırmağa çalışsalar, təbii ki, Tacikistan və Qarabağda da alov qalxacaq. Moldova-Dnesteryanı, Pribaltikada, Şimali Qafqazda olduğu kimi. Amma mən hesab etmirəm ki, Rusiya ilə sərhəddə hələlik ən qaynar yer olan Donetsk ərazisində hər şey bitib", -deyə Juçkovski qeyd edib.

Aleksandr Juçkovskinin yaydığı xəbər

Ümumiyyətlə, Dağlıq Qarabağa muzdlu döyüşçülərin yerləşdirilməsi xəbər tez-tez yayılır. Bir müddət əvvəl Suriyadan qaçqın düşən ermənilərin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məskunlaşdırıldığı barədə xəbərlər yayılmışdı. Ermənistan minlərlə Suriya ermənisinə sığınacaq verib, BMT Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, Suriya münaqişəsi başlayandan 15 min suriyalı erməni Ermənistana köçüb. Münaqişədən əvvəl Suriyada yaşayan etnik ermənilərin sayının 100 000 nəfər olduğu, onlardan 60 mininin Hələbdə yaşadığı qeyd olunur: "Suriya qaçqınlarının Ermənistana axını 2012-ci ildə başlayıb. Həmin vaxt 6,5 min qaçqın Ermənistana köçüb. 2013-cü ildə isə bu rəqəm 11 min olub. 2015-ci ildə 15 minə çatıb". Ermənistan şəhərlərində yerləşdirilməyən Suriya erməniləri Dağlıq Qarabağa məskunlaşdırılıb.

Münaqişə zonası xəritədə


OXŞAR XƏBƏRLƏR

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...

Bu şəxslərin Azərbaycana girişi məhdudlaşdırıldı

Bu ilin ötən 9 ayı ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 5 683 nəfərə ölkə ərazisinə...