Logo

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Xarkov şəhərində baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar əldə edilib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Ukraynanın Xarkov şəhərində oliqarx qızı Alyona Zaitseva "Lexus" avtomobili ilə qırmızı işıqda keçərək dəhşətli qəzaya səbəb olub.

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO

O, yol kənarında dayanan piyadaların üstündən keçib. Qəza nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən biri 15 yaşlı məktəbli qızdır. Yaralılar arasında hamilə qadın da var.

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO

Şahidlərin dediyinə görə, qəzadan sonra Alyonanın mühafizəçiləri hadisə yerinə gələrək onu yaralıların ətrafına toplaşanların arasından qaçırdıblar.

Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO

Qeyd edək ki, Alyona yerli enerji şirkətinin sahibi, multi-milyoner Vasily Zaitsevin qızıdır. 20 yaşı olan Alyona qəza zamanı xəsarət almayıb. Onun sərxoş olmadığı təsdiqlənib. Məsələ ilə bağlı araşdırma aparılır. Alyona 10 illik azadlıqdan məhrum edilə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR