Logo

Diri adamı morqa saldılar - Bakıda

Diri adamı morqa saldılar - Bakıda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.

Sfera.az  1news.az-a istinadən bildirir ki, 57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.“O biri dünyadan zəng” alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR