Bakıda 40 qəpiyə dönər satışı başladı - Səbəbə çox güləcəksiniz - VİDEO
Kateqoriya məlum deyil
Dönər, hamburger, fastfud kimi tez hazır olan yeməkləri adətən küçədə yeməyə alışmışıq. Rastınıza 40-50 qəpiyə satılan dönər çıxsa, "yardım", "halınıza acıyan sahibkar" və ya "keyfiyyətsizdir" deyə düşünməyin. Bu bir dönərxana rəqabətidir. Rəqabət necə güclüdürsə, iki sahibkar müştərini cəlb etmək üçün yaxın günlərdə havayı dönər təklif etsə, təəcüblənməyin.Hər halda, bu münaqişəli məsələdən hələ ki, sadə alıcı xeyir görür.






