Logo

Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir

Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2016-cı ildə Azərbaycanda 15 minə yaxın mənzil, 12 mindən çox fərdi yaşayış evi istifadəyə verilib".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktorunun müavini Sadıq Sadıqov bildirib.

Onun sözlərinə görə, ölkənin inşaat sektorunda 100 minə yaxın işçi çalışır.

"Təkcə Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir. 1843 ailəni yeni mənzillə təmin edəcək MİDA-nın Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir və 2018-ci ilin yayında təhvil verilməsi planlaşdırılır. Kompleksin tikintisində 20-dən artıq şirkət podratçı qismində iştirak edir. Tikintiyə ümumilikdə 3500-ə yaxın işçi cəlb olunub. Agentliyin hazırda layihələndirmə mərhələsində olan yeni yaşayış kompleksi 3000 mənzildən ibarət olacaq", - deyə qurum rəsmisi vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR