“Coca-Cola Azərbaycan”ın rəhbəri vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
O, idman zalında məşq edərkən vəziyyəti pisləşib. “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib. Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir. Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. Allah rəhmət eləsin!






