Logo

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Sfera.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-20° isti, Bakıda gecə  10-12°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə 80-90 %, gündüz 60-70 %  olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR