Nazir müavininin oğlu: “Atam oğrudur, Azərbaycandan qaçmaq istəyirəm”

Nazir müavininin oğlu: “Atam oğrudur, Azərbaycandan qaçmaq istəyirəm”
“Atası nazirliklərin birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. O, ölkədən qaçmaq istəyir. Mənə də kömək üçün müraciət edib”. Virtualaz.org saytı xəbər verir ki, bunu öz "Facebook" səhifəsində hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Ə.Əliyev yazır ki, məmur oğlu ona müraciətində atasının əməllərindən bezdiyini bildirib: “Həmin gənc yazıb ki, atamın rəsmi əməkhaqqı 1400 manatdır. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm. Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm. Həmin gənc məndən bunun qaydasını ona izah etməyimi xahiş edir”.

Qeyd edək ki, Ə.Əliyev Sabir Rüstəmxanlının qardaşıdır. O, uzun müddət hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. Miqrasiya məsələləri ilə məşğul olub. Sonradan isə Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının ölkədən qaçırılmasının təşkilində ittiham edilib. Ə.Əliyev Azərbaycandan qaçaraq Almaniyada siyasi sığınacaq alıb və hazırda bu ölkədə yaşayır.

OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirildi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.   Sfera.az xəbər verir ki, iclasda audiov...

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...