Bravo, Büyükfırat! - Daha bir şöbə Əhmədlidəki hipermarketdə açıldı - FOTOLAR
Kateqoriya məlum deyil
1996-cı ildən Bakıda fəaliyyət göstərən Anadolu mətbəxinin Azərbaycandakı ilk "elçi”si olan "Büyükfırat” restoranlar şəbəkəsinin daha bir filialı açılıb.
Yenicag.az xəbər verir ki, artıq Əhmədli sakinləri də "Bravo” hipermarketinin nəzdində bu gün açılışı olan restoranın xidmətlərindən istifadə edə biləcəklər.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı ticarət müşaviri Ahmet Ataker, mətbuat müşaviri Hamit Karadeniz, təhsil müşaviri Abdulqafur Büyükfırat, din xidmətləri müşaviri Kamil Günəş, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən türk iş adamları qatılıblar.
Ardınca isə filialının açılışı ilə bağlı sakinlərə pulsuz xidmət göstərilib.







Sfera.az






