Logo

Bərdədə reyd: 110 kilo at əti...

Bərdədə reyd: 110 kilo at əti...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb.

Keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.

Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda, atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək Respublika baytarlıq labaratoriyasına göndərilib.

Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR