Bu gün Bakıda bu yol bağlanacaq – Diqqət
Kateqoriya məlum deyil
Bu gün 22:00-dan etibarən Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, bu axşamdan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sfera.az






